top of page

Cüdo: Balabəy Avropa ikincisi oldu!


Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatının ilk günündə Azərbaycanın 7 cüdoçusu tatami üzərinə çıxıb.


90plus.az xəbər verir ki, onlardan yalnız biri Balabəy Ağayev (60 kq) finala qədər irəliləyib. O, finalda Fransisko Qarriqosa (İspaniya) uduzaraq gümüş medal qazanıb.


Eyni çəkidə mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.


Aydan Vəliyeva (52 kq) bürünc medal görüşündə uduzaraq beşinci olub.


Kişilərdən Yaşar Nəcəfov (66 kq), qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Acelya Toprak (57 kq) mübarizəni erkən dayandırıb.


Qeyd: Yarış aprelin 27-də başa çatacaq.

0 comments
bottom of page