top of page

Ançelotti: "Stabil çıxış edə bilmədik, amma..."

"Real"ın baş məşqçisi Karlo Ançelotti çempionluq şanslarından danışıb.


90plus.az "Marca"ya istinadən xəbər verir ki, italyan mütəxəssis lider "Barselona" ilə son qədər mübarizə aparacaqlarını deyib:



Reklamınızı SmartBee ilə effektiv edin.

“Barselona"dan 5 xal geridəyik. Onlara çatmalıyıq. "Barselona" çox yaxşı irəliləyir, amma hələ gedəcək çox yol var. Yanvar ayında stabil çıxış edə bilmədik, amma komandam artıracaq, Mübarizə aparacağıq”.


Qeyd edək ki, ötən gecə La Liqanın 19-cu turunda "Real Sosyedad"la qolsuz heç-heçə edən "Real" hazırda 42 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Barselona"nın isə 47 xalı var.



0 comments
bottom of page