top of page

Arda Turan Türkiyənin Avro-2024-də uğurlu olacağına inanır

Arda Turan Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsində Xorvatiyaya 0:2 hesabı ilə uduzduğu oyundan sonra fikirlərini bildirib.


90plus.az xəbər verir ki, Türkiyə yığmasının sabiq üzvü ölkəsinin millisinin əlindən gələni etdiyini deyib: "Matçın əvvəlində bir çox qol epizodlarını qaçırdıq. Qol vursaydıq, fərqli olardı. Avro-2024-ə gedəcəyimizə inanıram. Vacib olan bu anlarda birlikdə ayağa qalxmaqdır. Komandanın heyətində bacarıqlı, keyfiyyətli oyunçular var. Ümid edirəm ki, bizi Avropa çempionatına aparacaqlar".


Qeyd edək ki, A.Turan sözügedən görüşdən əvvəl Türkiyə millisində 100 oyun keçirən futbolçu kimi UEFA tərəfindən mükafatlandırılıb.

0 comments
bottom of page