top of page

Arda Turanın “Barsa” zamanları barədə ağır iddia: Evin pərdələrindən cinsi yelləncək kimi istifadə edirdilər”


“Eyüpspor”un baş məşqçisi Arda Turan “Barselona”da oynadığı zamanı kirayə qaldığı evə ziyan vurduğu üçün ev sahibi tərəfindən məhkəməyə şikayət olunub.


90plus.az xəbər verir ki, evin sahibi İspaniya mediasına Arda Turan və dostlarının 230 min avroluq ziyan vurması barədə müsahibə verib:


“Hər yeri, hətta mebelin üstünü də siqaretlə yandırırdı. Bilirsiniz ki, belə xüsusi evdə nəyisə təmir etmək və ya əvəz etmək nə asan, nə də ucuzdur. Nəticədə evin təmiri üçün  24 min 500 avro xərclənib. Düzdür, o, ən yaxşı futbolçulardan biri idi. Ölkəsində əfsanələrdən sayılır. Lakin hər zaman qəzəbli idi. Buna görə də “Atletiko” da oynayarkən butsusunu hakimin üstünə atmışdı”.


Ev sahibi Arda evdə olmayanda dostlarının çılğın şənliklər təşkil etdiyini deyib: “pərdələri əxlaqsızlıq yelləncəyi etmişdilər”.


Ən böyük ziyanın məhz bu məclislər zamanı vurulduğunu bildirən ev sahibi “pərdələrdən cinsi yelləncək kimi istifadə edildiyini” söyləyib.


Arda evdə futbola baxarkən qol zamanı televizorun pultu hovuza atılırdı.


Digər tərəfdən xəbərlərdə Ardanın ondan öncə evdə qalan "qeyri-müsəlman" kirayəçilərin qalıqlarını təmizləmək üçün evi dezinfeksiya etdiyi yazılıb.


Arda Turanın yaşadığı həmin ev. FOTO

Mənbə: SporX

0 comments
bottom of page