top of page

Avropa Liqası: Pley-off cütlükləri bu gün bəlli olacaq!


Bu gün UEFA Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılacaq.


90plus.az xəbər verir ki, İsveçrənin Nyin şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası (ÇL) qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edəcək. AL təmsilçiləri səpələnmişlər, ÇL-dən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.

Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17=-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.

Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Betis" (İspaniya)

"Braqa" (Portuqaliya)

"Dinamo" (Zaqreb, Xorvatiya)

"Latsio" (İtaliya)

"Napoli" (İtaliya)

"Olimpiakos" (Yunanıstan)

"Real Sosyedad" (İspaniya)

"Reyncers" (Şotlandiya)

Səpələnməmişlər

"Atalanta" (İtaliya)

"Barselona" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Zenit" (Rusiya)

"Portu" (Portuqaliya)

"Leyptsiq" (Almaniya)

"Sevilya" (İspaniya)

"Şerif" (Moldova)



0 comments
bottom of page