top of page

Azərbaycan futbolunda bir ilk yaşandı


Azərbaycan futbolu tarixində ilk dəfə 5 qol buraxan komanda meydandan qələbə ilə ayrılıb.



90plus.az xəbər verir ki, I Divizionun XXII turunda “Araz Naxçıvan” 6:5 hesabı ilə “Turan Tovuz-2" üzərində qələbə qazanıb.



Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.

0 comments
bottom of page