top of page

Azərbaycan Kuboku, Final: Məkan, saat və gün!


Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyən etmək üçün püşkatma keçirilib.


90plus.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.


PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunublar.


Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.


Qeyd: Azərbaycan Kubokunun final matçı 2 iyunda “Liv Bona Dea Arena”da saat 20:00-da baş tutacaq.

0 comments
bottom of page