top of page

Azərbaycan Premyer Liqası: Bu gün 2-ci tur başlayır!



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.


90plus.az xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Hərəyə 3 xalı olan komandalar "Qarabağ", "Qəbələ" və "Neftçi" ilə birlikdə 1 - 5-ci yerləri bölüşdürür.

İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 4-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində "Sabah"ın üstünlüyü var - 22:20.


Son 6 qarşılaşmada ən azı 2 qol qeydə alınıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

II tur

12 avqust (cümə)

19:00. “Zirə” - “Sabah” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli Hakim-inspektor: Ömər Paşayev VAR hakimi: Rauf Cabarov VAR hakiminin köməkçisi: Kamal Umudlu “Dalğa Arena”

Qeyd edək ki, turun digər oyunları 13-14 avqustda keçiriləcək. Müvafiq olaraq, "Qarabağ" "Sumqayıt"ın, "Turan Tovuz" "Səbail"in, "Şamaxı" "Qəbələ"nin və "Neftçi" "Kəpəz"in qonağı olacaq.

0 comments
bottom of page