top of page

Azərbaycan pəhləvanı 3 dünya rekordu qırdı


Azərbaycan pəhləvanı Vüsal Cavadov bir neçə dünya rekordunu yeniləyib.


90plus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin binası qarşısıda baş tutan tədbirdə

Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanıb və iplə çəki daşlarına bağlı bıçağı əli ilə tutaraq qolları horizontal vəziyyətdə havada saxlayıb. FOTO


İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını dişlə yerdən qaldırıb. FOTO


Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını dişlə tutaraq "Jeep" markalı avtomobil dartıb. FOTO


Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.


Zorxana idman növü üzrə üçqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi və indiyək yeddiqat dünya rekordçusu olan pəhləvan ürək sözlərini deyib:



"Rekordlarımı aprel qəhrəmanlarına və şəhidlərimizə həsr edirəm.

Hörmətli media nümayəndələri bu gün məni tək qoymadılar. Bütün uğurlarımızı dünyaya çatdırırsınız. 6 yaşımdan pəhləvanlıq edirəm. Qeyri-adi hərəkətləri ortaya qoymağa çalışırıq. Gələcəkdə yenə rekordlara imza ata bilərəm".


Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.




0 comments
bottom of page