top of page

“Ağıllı oyunla qələbə qazandıq” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la oyunu şərh edib.

90plus.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Gərgin oyun oldu. Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik.


Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir. Əvvəllər digər komandalar bizə qarşı bu qədər hazırlaşmırdı. Amma uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun”.

0 comments
bottom of page