top of page

“Barsa” istəməsə də “Nike”la işləyəcək


İspaniya məhkəməsi "Barselona"nın "Nike" ilə əməkdaşlığı birtərəfli ləğv etmək istəyini qəbul etməyib.


90plus.az xəbər verir ki, Amerikanın “Nike” brendinin müraciətindən sonra məhkəmə bu qadağanı qoyub.


Müqavilə qüvvədə qalır və "Nike" 2028-ci ilə qədər illik 120 milyon avroya "Barselona" istəsə də, istəməsə də onunla işləməyə davam edəcək. Hətta bəzi maddələrlə görə, bu rəqəm azala bilər. 


Qeyd: Daha öncə "Barselona" "Nike" ilə müqaviləni ləğv etmək istəyirdi. Lakin şirkət Kataloniya klubunu məhkəməyə vermişdi.


Mənbə: Mundo Departivo

0 comments
bottom of page