top of page

“Biz "bitdi" demədən bitməyəcək” Şahin Diniyev


"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"lə 3:3 hesablı heç-heçədən sonra mətbuat konfransına qatılıb.


90plus.az xəbər verir ki, 4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmağın çox ağır olduğunu dedi.

Diniyev hakim qərarlarından razı qalıb: "Hakimlər oyunu ideal idarə etdi. Sadəcə vaxt çox artırdı. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, "Səbail"ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım".


Mütəxəssis komandaının avrokuboklara vəsiqə qazanmaq şansından da danışıb:  "Komanda o vəziyyətdə deyil ki, udmaq qabiliyyəti olmasın. Hər rəqiblə başabaş mübarizə aparıb qələbə qazanmaq şansımız var. Futbolçular, rəhbərlik və mən bir gəmidə gedirik. Gəminin də kapitanı mənəm. Kapitan inanmırsa, gəmini sürməyə dəyməz. İnanıram. Qarşıda 6 tur var. Biz "bitdi" demədən bitməyəcək. Qarşımıza qoyulan məqsəd ilk 6-lıqda olmaq idi. İndi Avropa zonasına yaxın olduğumuz üçün vuruşuruq. Düşməsək də, dünyanın sonu deyil".


Ş.Diniyev komandasının adətən matçların ikinci hissələrində daha yaxşı oynamasına da toxunub: "Futbolçular istəyirlər ki, tez qol vursunlar. Buna görə təzyiq yaranır. Komandanın funksional hazırlığı yüksək səviyyədədir. İkinci hissədə itiriləsi heç nə yoxdur deyə komanda dəyişir". 

O, futbolçusu Adi Mehremiçin 90+2-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı epizodu bu cür dəyərləndirib: "Dava edənlərin ikisinə də qulaq assan, ikisi də düzdür. Deyə bilmərəm ki, hakim səhvdir, yoxsa Mehremiç. Bunu hər ikisinin vicdanına buraxıram".

0 comments
bottom of page