top of page

Boks, Avropa çempionatı: 18 boksçumuza şans verilir


Serbiyanın paytaxtı Belqradda keçiriləcək boks üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti məlum olub.


90plus.az Azərbaycan Boks Federasiyasının media hesabına istinadən xəbər verir ki, qitə birinciliyinə 18 boksçumuz yollanacaq: 13-ü kişi, 5-i isə qadın idmançı.


11 gün davam edəcək turnirdə bu kişi boksçular mübarizə aparacaqlar:

Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq).


Qadın boksçuların yarışında isə Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) rinqə çıxacaqlar.


Qeyd: Avropa çempionatında 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı nəzərdə tutulub.

0 comments
bottom of page