top of page

Bu gün 5 güləşçimiz "Zaqreb Open"də mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq.


90plus.az - ın məlumatına görə, sərbəst güləşçilərdən 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dan olan Kollin Raymond Moore ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcək.


Qadınların mübarizəsində 50 kq-dakı Mariya Stadnik 1/8 finalda özbəkistanlı Aktenge Keunimyayeva ilə, eyni çəkidəki Türkan Nəsirova təsnifatda Litvadan olan Qabiya Dilyte ilə qarşılaşacaq.  


Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.



0 comments
bottom of page