top of page

Bu gün minifutbol millimiz 3-cü yer üçün oynayacaq


Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxacaq.


90plus.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 


Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu. Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı. Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub - 2:3.


18:00. Macarıstan - Azərbaycan

0 comments
bottom of page