top of page

Canni De Byazi Qara Qarayevi milliyə çağırmadığına aydınlıq gətirib! VİDEO


Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi 2022-ci ildə Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla matçlara “Neftçi”nin futbolçusu Qara Qarayevi niyə dəvət etmədiyini açıqlayıb.


90plus.az Qafqazinfo-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyə aydınlıq gətirib. 

O bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. 


De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də təqdim edib. Məşqçi, həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir. 


Görüntüləri izləmək üçün linkə daxil olun:

0 comments
bottom of page