top of page

Cüdo, Avropa çempionatı: Bu gün 7 cüdoçumuzun döyüşü var


Bu gün Azərbaycan millisinin 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatında mübarizəyə start verəcək.


90plus.az federasiyanın media hesabına istinadən xəbər verir ki, kişilərdən 3, qadınlardan 4 cüdoçu tatamiyə çıxacaq.


Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq);


Qadınlar: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq).


Qeyd: Turnir aprelin 27-də sona çatacaq.

0 comments
bottom of page