top of page

De Xea klub təklifini rədd etdi

"Mançester Yunayted"in qapıçısı David de Xea klubun yeni müqavilə ilə bağlı ilk təklifini rədd edib. 


90plus.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilib ki, növbəti danışıqların müsbət nəticə verəcəyi gözlənilir. 


De Xea 2019-cu ildən indiyə kimi dünyanın ən çox maaş alan qapıçısıdır. 32 yaşında o, klubda qalmaq üçün maaşını azaltmağa razıılq verməlidir.


Bildirilib ki, “Mançester Yunayted” futbolçuya yaxşı təklif göndərib. Amma buna baxmayaraq, De Xea razılıq vermir. O, karyerasını hazırkl klubunda davam etmək istəyir. De Xea düşünür ki, b mövsümkü performansı hələ də onu komandanın ən vacib oyunçularından biri edir. Buna görə də qapıçı mükafatlandırılmağı gözləyir.

0 comments
bottom of page