top of page

DÇ-2022: Bu gün 1/4 finaldakı növbəti 2 ada aydınlıq gələcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.


90plus.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.


DÇ-2022

1/8 final mərhələsi

5 dekabr


19:00. Yaponiya - Xorvatiya

Baş hakim: İsmail Elfat (Braziliya)

"Əl Cənub" stadionu


23:00. Braziliya - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

"974" stadionu


Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

0 comments
bottom of page