top of page

DÇ-2022: Pley-off mərhələsinin püşkü atılıb

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

90plus.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.


Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.


DÇ-2022, pley-off mərhələsi

A yolu

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya

Final

2 cütünün qalibi - 1 cütünün qalibi


B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

Final

1 cütünün qalibi - 2 cütünün qalibi


C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə

Final

2 cütünün qalibi - 1 cütünün qalibi


Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

0 comments
bottom of page