top of page

DÇ-2022: Qol vurub, arzusu gerçəkləşib

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes DÇ-2022-nin ikinci turunun Meksika ilə matçı (2:0) barədə danışıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbəyə layiq oyun sərgilədiklərini vurğulayıb:


“Uşaqlıqda həmişə bu formada oynamaq arzusunda idim. Bu gün dünya çempionatında qol vurmaq arzum da gerçəkləşdi. Qələbəyə çox sevindim, komandamız buna layiq idi”.


Fernandes qrup mərhələsinin sonuncu matçında da qələbə qazanmaq istədiklərini bildirib:


“Bizi dəstəkləməyə gələn bütün argentinalı azarkeşlərə və evdə bizi dəstəkləyən hər kəsə təşəkkür edirik. Bu komanda argentinalıları ən yaxşı şəkildə təmsil edəcək. Biz daha bir qələbə qazanmaq istəyirik. Bu, bizim üçün çox vacibdir”.


Argentina millisi DÇ-2022-də növbəti oyununu Polşaya qarşı keçirəcək.

0 comments
bottom of page