top of page

"Dənizçilər" 1 aydan çoxdur qalib gələ bilmir…


Misli Premyer Liqasının 29-cu turunda çempionluğu rəsmiləşdirən "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.


90plus.az xəbər verir ki, Qurban Qurbanovun komandası bütün turnirlərdə 4-cü, çempionatda isə ardıcıl 7-ci qalibiyyətinə sevinib:


Qarabağ 4 - 2 Səbail

Bardea N. 7’

Benzia Y. 14’, 40’

Bayramov T. 69’ (p)

Abdullazada R. 88’

Akhundzade N. 90’


Qollar


"Köhlən atlar" ard-arda 3-cü matçda Səbaili məğlub etdi. 72 xal toplayan "Qarabağ ən yaxın izləyicisi ilə fərqi 29-a çatdırdı.


Şahin Diniyevin kollektivinin isə qələbəsiz oyunlar seriyası 4-ə yüksəldi. "Dənizçilər" 1 aydan çoxdur qalib gələ bilmir. 38 xalda qalan Səbail 7-ci pillədədir.


Qeyd: Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

0 comments
bottom of page