top of page

Elmar Qasımov karyerasını başa vurdu

Çoxsaylı beynəxalq yarışların qalibi və mükafatçısı Elmar Qasımov peşəkar cüdo karyerasını başa vurmağa qərar verib.


90plus.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.


Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.

0 comments
bottom of page