top of page

Futzal millimiz dünya çempionatının pley-offu üçün həlledici matça çıxır


Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində  son oyununa çıxacaq.


90plus.az xəbər verir ki, Vitali Borisovun komandası bağlanış matçında Niderlandın qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Qeyd: Qələbə qazanacağı təqdirdə Azərbaycan yığması öz qrupunda 2-ci yeri tutan 4 ən yaxşı komandadan biri kimi pley-offa yüksələ bilər. Bunun üçün D qrupunda İtaliya və Sloveniya komandalarının da məğlub olması lazımdır.

0 comments
bottom of page