top of page

Çempionlar Liqasının finalı Ermənistanda olacaq!

 

Futzal üzrə UEFA Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalına Ermənistan ev sahibliyi edəcək.


90plus.az qitə futbol qurumu rəsmi məlumatını verir ki, Ermənistan final üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyib.

Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.


Qeyd: Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.

0 comments
bottom of page