top of page

İdmançımız olimipadaya vəsiqə qazandı!


Azərbaycan yığmasının ağırlıqqaldıranı Əliş Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

90plus.az ın məlumatına görə, o, lisenziya xalı verən 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən bu uğura nail olub.

Nəzərov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, eyni zamanda bu idman növü üzrə ən gənc beynəlxalq dərəcəli hakimdir.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.

0 comments
bottom of page