top of page

Turan Bayramovun olimpiya lisenziyası təsdiqləndi!


Dünya Güləş Birliyinin İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıdakı Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı Turan Bayramova məğlub olması ilə bağlı etirazı işinə baxıb və qərar qəbul edib.


90plus.az xəbər verir ki, bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb.


Amma T.Bayramov görüşün qalibi olaraq qalıb. Çünki Dünya Güləş Birliyinin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.


İntizam Komitəsi həmçinin Dünya Güləş Birliyindən mayın 9-da İstanbulda başlayacaq dünya Olimpiya Təsnifat Turnirində Frank Çamizonu iştirakçılar arasında birinci yerə qoymağı xahiş edib.

0 comments
bottom of page