top of page

“İnter” 2024-cü ildə ilk dəfə uduzdu!

"İnter"in 2024-cü ildə qeydə alınan məğlubiyyətsizlik seriyası qırılıb.


90plus.az xəbər verir ki, Milan təmsilçisi qış fasiləsindən sonra bütün turnirlər daxil olmaqla çıxdığı 13 matçın heç birində uduzmamışdı.


İtaliya klubu ilk məğlubiyyətini UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı keçirilən cavab matçında alıb - 1:2. "İnter" həmçinin penaltilər seriyasında rəqibinə yenilərək (2:3) Çempionlar Liqası ilə vidalaşıb. "Atletiko" 1/4 finala vəsiqə qazanan tərəf olub.


Qeyd: "İnter" UEFA Çempionlar Liqasında yeganə İtaliya təmsilçisi idi.

0 comments
bottom of page