top of page

“Keşlə”nin baş məşqçisi: “Rəqib bizdən daha hazırlıqlı idi".

"Soçi" bizə imkan verdiyi qədər oynadıq. Kifayət qədər ciddi rəqibdir. Heyətində yaxşı oyunçuları var".

90plus.az xəbər , bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyada "Soçi" klubuna 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.


41 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Meydanda həyata keçirmək istədiyimiz planlar var idi. Amma "Soçi" buna imkan vermədi. Rəqib bizdən daha hazırlıqlı idi".


Qurbanovun sözlərinə görə, oyunçularda həyəcan var idi: "İkinci qarşılaşmada daha yaxşı oynamağa çalışacağıq. Müdafiədə və hücumda çox top itirdik. Qolu da bu cür epizodların birində buraxdıq. Uşaqlar əllərindən gələni etdilər. Cavab matçı Bakıda olacaq. Komandana inanıram".

0 comments
bottom of page