top of page

"Keşlə" və "Sumqayıt" mübarizəni dayandırdı

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.


90plus.az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşıb. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatmışdısa, "Keşlə" Bakıdakı oyunda da rəqibi ilə bacarmayıb - 2:4. Bununla da Sənan Qurbanovun komandası turnirlə vidalaşıb.


"Sumqayıt" ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb 2:0. Beləliklə, "Sumqayıt" da yarışı erkən bitirib.

0 comments
bottom of page