top of page

Kişi basketbol yığmamız İslamiadanın finalında!



Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.


90plus.az xəbər verir ki, yığma 1/4 finalda İordaniya seçməsi ilə qarşılaşıb. Əlavə vaxta gedən görüşdə 20:18 hesabı ilə qalib gələn komanda adını növbəti mərhələyə yazdırıb.

Millinin finala gedən yolda rəqibi İran kollektivi olacaq.


Qeyd edək ki, bu gün Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası yarımfinalda Özbəkistanla qarşılaşacaq.

0 comments
bottom of page