top of page

“Kəpəzə sponsor lazımdır” Toğrul Əsgərov


Sərbəst güləş üzrə olimpiya çempionumuz Toğrul Əsgərov "Kəpəz" futbol klubuna dəstək lazım olduğunu deyib.


90plus.az xəbər verir ki, Hazırda qadınlardan ibarət güləş yığmasının böyük məşqçisi olan Toğrul Əsgərov "Kəpəz"in də "Qarabağ" kimi avrokuboklarda ölkəni təmsil etməsini arzuladığını bildirib: "İnşallah, bu yolda klub tərəfindən müəyyən addımlar atılır. Yeni baza tikilib, akademiya istifadəyə verilib, məktəb yaranır. Bu amillər komandanın inkişaf edəcəyini göstərir. Amma mütləq şəkildə kluba sponsor lazımdı. Maliyyə dayağı olmadan böyük ideyaları həyata keçirmək olmaz. Gəncənin həmişə güclü futbol məktəbi olub. Ona görə də akademiyanın futbolun inkişafına çox böyük faydası olacaq. Gəncənin həmişə güclü futbol məktəbi olub."


Toğrul Əsgərov yeni tikilən stadiona da toxunub. O, azarkeşlərin uzun illər həsrətini çəkdiyi arenanın tamaşaçı sayının artmasına xidmət edəcəyini bildirib: “Köhnənin yerində yeni stadion tikilir. “Kəpəz” kimi azarkeşi olan futbol komandası çox azdır. Azarkeş klub üçün böyük dəstəkdir. Klubun azarkeşinin olması rəqiblərlə mübarizəyə 1:0 öndə başlamaq deməkdir. İnanıram ki, yeni tikilən stadionda Gəncə azarkeşlərinin sayı daha da artacaq. Komandamız da uğurlu çıxış edəcək. Biz də nəticələrə sevinib hər zamankı kimi azarkeşlik edəcəyik”.


 Mənbə: "Kəpəz" televiziyası

0 comments
bottom of page