top of page

Mahir "Legiya" ilə məşqlərə başladı!


Polşanın "Legiya" klubuna keçən Mahir Emreli bu gündən fərdi məşqlərə başlayıb. 90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin üzvü əvvəlcə trenajor alətləri ilə məşq edib, daha sonra isə topla çalışmaları yerinə yetirib. Onun gələn həftədən komanda ilə məşqə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3:1 illik müqavilə imzalayıb.

0 comments
bottom of page