top of page

Samir Abasov Laporta ilə görüşdü!


"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da iş səfəri davam edir. 


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasında fiziki hazırlıq üzrə direktor Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abasov "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 

O, ötən gün "Barselona"nın əsas komandasının məşqini izləyib və  klubun prezidenti Xuan Laporta ilə də görüşüb.

0 comments
bottom of page