top of page

"Man Yunayted" azarkeşləri hücuma məruz qalıb


"Mançester Yunayted"in azarkeşləri "Vilyarreal"la Avropa Liqasının final oyunundan öncə hücuma məruz qalıblar. 90plus az xəbər verir ki, bu barədə BBC yazır. Hadisə ötən gecə Polşanın Qdansk şəhərindəki barların birində baş verib. Məlumata görə, polşalı fanatların törətdiyi hadisə nəticəsində 3 ingilis tərəfdar yüngül dərəcəli xəsarət alıb. Həmçinin onların bəzi əşyaları oğurlanıb. Hazırda həmin əşyaların sahiblərinə qaytarılması istiqamətində iş gedir. Qeyd edək ki, Qdansk stadionunda keçiriləcək final oyunu bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments
bottom of page