top of page

“Mançester Yunayted” mənim üçün doğru klubdur” - Ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubla ilk kubokunu qazanmasından danışıb.


90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə liqa kubokunun finalında "Nyukasl"a qalib gəliblər (2:0) və mükafatı qazanıblar.  Erik Ten Haq isə deyib:


“Bəlkə "Mançester Yunayted"ə gəlmək risk idi, amma mən olduqca inadkaram. Mən sadəcə “Yunayted”i sevirəm. Formalarımızı görəndə, azarkeşlərlə əlaqəmizi görəndə, "Old Trafford"u görəndə... Ser Aleks Ferqyusonun mirası olan bu komandanı daha irəli aparmaq istəyirəm. Biz uğurumuzu təkrar etmək istəyirik. “Mançester Yunayted” mənim üçün doğru klubdur. Tarix yazmaq və bunun bir parçası olmaq arzusundayam”.


Qeyd edək ki, Ten Haq ötən ilin yaından "Mançester Yunayted"i çalışdırır.

0 comments
bottom of page