top of page

Mançini İngiltərə klubuna rəhbərlik edə bilər



İtaliya yığmasının baş məşqçisi Roberto Mançini karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.İtaliyalı mütəxəssis Antonio Kontenin əvəzinə "Tottenhem"in çalışdırıcısı təyin olunacaq. Xatırladaq ki, Mançini artıq Premyer Liqada təcrübəyə malikdir. 2009-2013-cü illərdə mütəxəssis "Mançester Siti"yə baş məşqçilik edib. Onun İtaliya millisindən istefaya göndəriləcəyi gözlənilir.

0 comments
bottom of page