top of page

Millimiz Belarusiyadakı yarışı 6 medalla bitirdi

Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən 2-ci MDB Oyunlarını 6 medalla başa vurub.


90plus.az xəbər verir ki, yığma yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.


Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar.


Sərbəst güləş yığması 2-ci MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı.

0 comments
bottom of page