top of page

Millimiz Gürcüstana uduzdu


Azərbaycan futzal millisi bu gün Tbilisidə Gürcüstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.


90plus.az xəbər verir ki, Vitali Borisovun komandası 2:1 hesablı məğlubiyyətlə üzləşib. Millimizdən yeganə qolu Kənan Manafov vurub.


Qeyd: 2 gün əvvəl də bu yığmalar üz-üzə gəliblər və Azərbaycan Gürcüstana 2:3 hesabı ilə uduzmuşdu.


Görüşdən sonra baş məşqçi Vitali Borisovun açıqlaması:


“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Görüləsi işlər çoxdur və zaman lazımdır”.



0 comments
bottom of page