top of page

Millimizin Moldova ilə oyununun vaxtı məlum oldu

Azərbaycan millisinin Moldova yığması ilə keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş noyabrın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək. Bu qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



0 comments
bottom of page