top of page

Murad Musayev: “Bu problem son üç oyunda bizi qələbədən edir”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

90pxəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


Çox gərgin mübarizə oldu. Hər iki komandanın şansları var idi. Təəssüf ki, 3 oyundur eyni ssenari baş verir. İlk yarıda yaxşı oynayırıq. İkinci yarının əvvəlində rəqibin ilk hücumunda qol buraxırıq. Asan qollar buraxırıq. Təəssüf ki, oyunda dönüş yarada bilmədik. Halbuki yaxşı qol epizodlarımız var idi. Səhv etmirəmsə “Neftçi”nin bir təhlükəli epizodu oldu. Bu da ustalıqdı ki, ələ düşən bir epizoddan yararlanırsan. Bizim üçün isə məyusedici məqamdır.


Razısız ki, meydanda lider çatışmır?


Bu barədə açıq şəkildə danışmaq istəməzdim. Bu, komandamızın daxili işləridir.


İstədiyiniz komandanı formalaşdırmısınız, yoxsa hələ vaxt lazımdır?


3 oyun uduzmuşuq. Əlbəttə ki, baş verənlərə görə razı ola bilmərəm. Belə çıxır ki, istədiyimi tam formalaşdıra bilməmişəm.


Dediz ki, ilk yarıda yaxşı oynayırsınız,ancaq udursuzunuz. Səbəb nədir?


Yəqin ki, səbəb başımızdadı. İlk yarıda yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək başlarla bağlıdı. Bu problem son 3 oyunda qələbədən edir.


“Sabah” avrokuboklar şansını itirib?


Obyektiv olsaq, bəli. Şanslar çox az qalıb. Oyunçu itkiləri də öz təsirini göstərir. Sebalyos 4 aydır yoxdur. Xulio Rodriqes, Xuan Kamaranın yoxluğu hücumdakı kəsərin azlığına səbəb olur. Qarşıdakı oyunlarda onları meydanda görmək çətindir.



0 comments
bottom of page