top of page

Murad Musayev: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

“Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Krasnodardan Moskvaya”.


90plus.az xəbər verir kiunu müsahibəsində “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev deyib.


39 yaşlı mütəxəssis Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiyini, burada özünü evindəki kimi hiss etdiyini bildirib: “Rusiyanın cənubunda, Qafqazda yaşamışam. Rusiyada bir çox Qafqaz respublikalarında, Dağıstanda, Adıgeydə, Kabardin-Balkarıstanda olmuşam. Buna görə də, Azərbaycanda da olan oxşar mentalitetə yaxşı bələd idim. Bu baxımdan uyğunlaşmaqda heç bir problemim olmadı. Mənim evim də bura çox yaxındır”.


2021-ci ilin yayında “Sabah”ın sükanı arxasına keçən Musayev əlavə edib ki, Bakı gözləntilərindən üstün olub: “Müasir Avropa şəhəridir. Öz gözəlliyi və infrastrukturu ilə heyran edir. Bura ilk gələndə müsbət mənada kifayət qədər təəccübləndim. Ümumi götürdükdə, Azərbaycanın gözəl təbiəti var. Bu ölkə gözəl dağlara, göllərə, çaylara, fərqli iqlim qurşaqlarına malikdir. Məsələn, Qəbələyə gedəndə təbiətin necə dəyişdiyinin şahidi olursan. Çöllük ərazi ilə irəlilədiyin anda anidən yaşıllıq, dağlıq ərazi ilə üzləşə bilərsən. Bunların hamısı çox gözəldir. Azərbaycan və Bakı barədə yalnız müsbət şeylər danışa bilərəm”.


Baş məşqçi Bakıda ünsiyyətlə bağlı problem yaşamadığını söyləyib: “Qaldığım kompleksdə, getdiyim restoranlarda, mağazalarda rus dilində rahat ünsiyyət qura bilirəm. Ümumiyyətlə, gündəlik həyatımda əsasən klub rəhbərliyi, əməkdaşları və futbolçularla ünsiyyətdə oluram. Burada mənə hörmətlə yanaşırlar, çox yaxşı şərait yaradıblar. Bunu yüksək dəyərləndirirəm. Hamı ilə çox yaxşı münasibətim var, xüsusilə də, yerli futbolçularla. Onu da qeyd edim ki, yerli oyunçularla ünsiyyət zamanı onların yüksək ailə mədəniyyətinə, dəyərlərə malik insanlar olduğu görünür”.


0 comments
bottom of page