top of page

“Neftçi” həbs olunan azarkeşlərdən şikayətçi olmayıb!


"Neftçi", klubun bazasına hücum edən azarkeşlərin həbs edilməsi ilə bağlı məlumat paylaşıb.


90plus.az xəbər verir ki, klub özünün sosial media hesabında bildirilib:


"Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi”nin İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” klubu heç bir şikayət bildirməyib. Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib".


Xatırlatma: Məhkəmənin qərarı ilə "Neftçi"nin bazasına hücum edənlərdən biri 30, digəri 15 sutka inzibati qaydada həbs olunublar. 2 nəfər isə cərimə edilib.

Qeyd: “Neftçi” ötən gün Azərbaycan Premyer Liqasında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra bakılı azarkeşlər komandalarına qarşı etirazlarını bildiriblər.


Həmin etiraz görüntüləri linkdə:




0 comments
bottom of page