top of page

"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi




“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.


90plus.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Ərizədə 23 futbolçu yer alıb.


Qapıçılar: 1.İvan Brkiç, 30.Aqil Məmmədov, 93. Rza Cəfərov.


Müdafiəçilər: 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 26.Ömər Buludov, 82.Rüfət Abbasov.


Yarımmüdafiəçilər: 5.Kenni Sayef, 7.Azər Əliyev, 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 14.Eddi İsrafilov, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 23.Ataa Caber, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli.


Hücumçu: 11.Qodsvey Donyo.


Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

0 comments
bottom of page