top of page

"Neftçi"nin futbolçusu oynadı, Gürcüstan 1 xal qazandı


Avro-2024-ün seçmə mərhələsində Gürcüstan millisi Norveçlə bərabərə qaldı.


90plus.az xəbər verir ki, Tbilisidə baş tutan qarşılaşma 1 - 1 bitib. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlardan Aleksandr Sörlot açıb. Gürcülər bu qola 61-ci dəqiqədə Georges Mikautadze ilə cavab verə biliblər. Görüşdə başqa qol olmayıb.


Bu nəticədən sonra qrupda İspaniya və Şotlandiyanın 3 xalı, Gürcüstan və Norveçin 1 xalı var. Kipr isə xalsız qalıb.


Qeyd edək ki, "Neftçi"nin müdafiəçisi Salomon Kverkvelia 90 dəqiqə meydanda olub. "Qarabağ"dan Quqeşaşvili və "Sabah"dan Valkovi meydana çıxmaq şansı əldə etməyiblər.

0 comments
bottom of page