top of page

“Neftçi-Qarabağ” matçından sonra Medinanın avtomonilini sındırdılar


Azarkeşlər “Qarabağ”ın futbolçusu Kevin Medinanın avtomobilinin şüşələrini sındırıblar.


90plus.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra (4-0) naməlum şəxs və ya şəxslər Medinanın avtomobilinə ziyan vurublar. 


Kolumbiyalı müdafiəçi öz İnstaqram səhifəsində avtomobilinin şəklini paylaşaraq hadisəni törədənlərə mədəni şəkildə mesaj göndərib:


"Bu mənim maşınımın oyundan sonrakı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm maşında ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın". FOTO


0 comments
bottom of page