top of page

Noyerin kollektiv məşqlərə başlama vaxtı bilindi

"Bayern Münhen"in və Almaniya millisinin qapıçısı Manuel Noyerin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanıb.


90plus.az "Bild"ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper yayda komandaya qoşula biləcək.

Xəbərə görə, bərpa prosesi uğurla keçir və "çərçivə" qoruyucusunun iyulda kollektiv məşqlərə başlaması gözlənilir.


Qeyd edək ki, Noyer DÇ-2022-dən sonra xizək sürərəkən qəzaya uğrayaraq ayağını sındırıb.

0 comments
bottom of page