top of page

Nuriyevin komandasından səfər qələbəsi

Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

90plus.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Xarkov “Metallist”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.


Nuriyev də bu görüşün iştirakçısı olub.

Millimizin üzvü start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.


“Kolos” 17 turdan sonra 21 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

0 comments
bottom of page