top of page

Okan Buruk futbolçunu heyətdən qovdu


“Qalatasaray”ın baş məşqçisi Okan Buruk portuqaliyalı legioneri Serxio Oliveyranı heyətdən kənarlaşdırıb.


90plus.az "CNN Türk"ə istinadən xəbər verir ki, buna səbəb Oliveyranın Okan Burukun uzatdığı əlini sıxmadığı və ona hörmətsizlik etməsidir.


"Fatih Karagümrük"lə kubok matçında Serxio zəif çıxışına görə fasilədən sonra əvəzlənir. 0-2 məğlubiyyətin ardından paltardəyişmə otağında bütün futbolçuların əlini sıxan Okan Buruk Serxioya əl uzatdığl zaman əli boşda qalır.

Serxio Oliveyra ona hörmətsizlik edildiyini bildirib. Onunla Okan Buruk arasında bir müddət italyanca mübahisə olub.

Bu hadisədən sonra Okan Buruk "Beşiktaş"la oyun öncəsi Serxio Oliveyranı heç bir məşqə daxil etməyib və onu heyətdən kənarlaşdırıb


Serxio Oliveyra ilə bağlı yekun qərarı yaxın günlərdə "Qalatasaray" rəhbərliyi verəcək.


Qeyd: 31 yaşlı müdafiəçinin bu mövsümün sonuna kimi heyətdə olacağı gözlənilmir.

0 comments
bottom of page