top of page

Olimpiya Təsnifat turnirinə 14 güləşçimiz çıxacaq


Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat Turnirində ölkəmiz 14 güləşçi ilə təmsil olunacaq.


90plus.az Azərbaycan Güləş Federadiyasının media hesabına istinadla xəbər verir ki, aprelin 5-də baş tutacaq yunan-Roma güləş millimizin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) Olimpiadaya lisenziya qazanmağa çalışacaq.


Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.


Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.


Qeyd: Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

0 comments
bottom of page